Region
Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
Ermənistan hələ İranla sərhəddə Araz çayı üzərindəki ikinci körpünün tikintisinə başlamaq üçün vaxt qrafiki müəyyən etməyib.
Publika.az xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin “Sputnik Ermənistan”ın yazılı sorğusuna verdiyi cavabda bildirilir.
Sorğuda tikinti işlərinə nə vaxt başlamaq planlaşdırıldığı, yeni körpünün nə vaxt istifadəyə veriləcəyi, həmçinin layihənin təxmini dəyəri və maliyyələşdirmə mənbələri barədə məlumat istənilib. Həmçinin layihənin Şimal-Cənub layihəsi ilə inteqrasiyası barədə də soruşulub.
“Sizə bildiririk ki, Araz çayı üzərindən ikinci körpünün tikintisi məsələsi hazırda İran tərəfi ilə müzakirə olunur və buna görə də verilən suallarla bağlı məlumat vermək mümkün deyil", - deyə nazirlikdən qeyd edilib.
Xatırladaq ki, Araz çayı üzərindən yeni körpünün tikintisinin planlaşdırılmasına 2023-cü ilin sonlarında başlanılıb. İrəvan həmçinin 1995-ci ildə tikilmiş mövcud körpüyə paralel körpü tikmək imkanını nəzərdən keçirib. 2025-ci ilin avqust ayında Ermənistan və İranın Araz çayı üzərindən ikinci körpü tikmək barədə razılığa gəldikləri açıqlanıb.
Əlavə etmək istərdik ki, Ermənistan-İran sərhədində Araz çayı üzərindən keçən bu körpünün tikintisi bir neçə əsas səbəbdən hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Gələcəkdə bu, maneələri həll edəcək, sərhəd tıxaclarını aradan qaldıracaq, yük maşınlarının kilometrlərlə uzunluğundakı növbələrini aradan qaldıracaq və daşıyıcılar üçün gömrük rəsmiləşdirilməsi müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Bundan əlavə, yeni körpü qlobal Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək.
Müəllif: Tural
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
-
Nəqliyyat08:48Quba-Xınalıq yolu çökdü - VİDEO
-
ABŞ07:47Maduronun xanımından xəbər var - Məhbus həyatı necə keçir?
-
İdman06:46Nüvə hücumundan sağ çıxdı, beysbol əfsanəsinə çevrildi - 86 yaşında öldü
-
Magazin106:16Lətifə oğlunu məktəbə yola saldı - FOTO
































.png)





