Dünya
Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istədi - Cavab nə oldu?
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampdan husilərə qarşı hərbi zərbələr endirməsini istəyib.
Publika.az xəbər verir ki, “Axios”a danışan iki amerikalı məmurun sözlərinə görə, Məhəmməd bin Salman son dövrlərdə Trampa iki dəfə telefonla zəng edərək husilərə qarşı hücuma keçməyə çağırıb.
Lakin Tramp bu təklifi rədd edib. Amerikalı rəsmilər bildiriblər ki, ABŞ administrasiyası hazırda husilərə qarşı birbaşa müdaxilə etməyi planlaşdırmır.
Müzakirələrin gedişindən xəbərdar olan mənbələrin sözlərinə görə, son həftələrdə ABŞ rəsmiləri Səudiyyə Ərəbistanındakı həmkarlarına Trampın göstərişinin ABŞ qüvvələrinin əsas diqqətini İrana və Hömüz boğazına yönəltməsi, yeni cəbhənin açılmasından isə yayınması olduğunu bildiriblər.
Mənbələr qeyd ediblər ki, Vaşinqton husilərlə bağlı məsələdə birbaşa hərbi müdaxiləyə getmək əvəzinə diqqəti İran və Hömüz boğazına yönəltmək niyyətindədir.
Müəllif: Adəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
-
Nəqliyyat08:48Quba-Xınalıq yolu çökdü - VİDEO
-
ABŞ07:47Maduronun xanımından xəbər var - Məhbus həyatı necə keçir?
-
İdman06:46Nüvə hücumundan sağ çıxdı, beysbol əfsanəsinə çevrildi - 86 yaşında öldü
-
Magazin106:16Lətifə oğlunu məktəbə yola saldı - FOTO































.png)





