Türkiyə Komando Briqadasının yerini dəyişdi: Yunanıstanda təşviş yarandı
Bizi izləyin

Dünya

Türkiyə Komando Briqadasının yerini dəyişdi: Yunanıstanda təşviş yarandı

Türkiyə Komando Briqadasının yerini dəyişdi: Yunanıstanda təşviş yarandı

Türkiyənin 51-ci Komando Briqadasını Tunceli vilayətinin Hozat rayonundan Aydın vilayətinin Söke rayonuna köçürməsi Yunanıstan mediasında geniş rezonans doğurub.

Publika.az xəbər verir ki, Yunanıstanın “Onalert”, “Thetoc”, “Protothema” və “Ta Nea” nəşrləri Türkiyənin bu addımını xüsusilə Samos adasının qarşısında yeni hərbi dislokasiya kimi diqqətə çatdırıblar.

Məlumata görə, 51-ci Komando Briqadası Sökə qarnizonunda xidmətə başlayıb. Yunanıstan mediası briqadanın bölgəyə yerləşdirilməsinin Türkiyənin Egey sahilindəki hərbi mövcudluğunu gücləndirdiyini yazıb.

“Thetoc” hadisəni “Egey dənizində həyəcan siqnalları”, “Protothema” isə “2 min komandoluq türk gücü” başlığı ilə təqdim edib. “Ta Nea” isə komandoların Samos adasının qarşısında yerləşdirilməsini “dərin strateji nəticələr doğura biləcək addım” kimi qiymətləndirib.

Yunanıstan mətbuatında Türkiyənin Egey Ordusunun bölgədəki digər birlikləri də xatırladılıb. Bəzi yunan analitiklər isə Çanaqqala və Gökçeadadan İzmir və Sökəyə qədər uzanan hərbi yerləşmənin “Egeydə türk divarı” formalaşdırdığını iddia ediblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm