Macarıstan Rusiya neftindən imtina edir: Yeni təchizatçı axtarır
Bizi izləyin

Dünya

Macarıstan Rusiya neftindən imtina edir: Yeni təchizatçı axtarır

Macarıstan Rusiya neftindən imtina edir: Yeni təchizatçı axtarır

Macarıstan yaxın illərdə Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə azaltmağı və alternativ təchizatçılara keçməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan "Telex"ə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu məqsədlə Xorvatiya ilə Adriatik neft kəmərinin maksimum gücü ilə istifadəsi barədə artıq məsləhətləşmələrə başlanılıb.

Kapitan qeyd edib ki, hazırda Budapeştlə Zaqreb arasında münasibətlər Viktor Orbanın hökuməti dövrü ilə müqayisədə daha isti xarakter daşıyır. O, Rusiyadan neft idxalının azaldılmasının tədricən həyata keçiriləcəyini, kəskin addımlar atılmayacağını vurğulayıb.

Qeyd edək ki, aprelin 12-də keçirilən parlament seçkilərində qalib gələn “Tisa” partiyasının seçki platformasında 2035-ci ilə qədər Macarıstanın Rusiyadan enerji asılılığına tamamilə son qoyulması vəd edilib.

Hazırda isə Macarıstan neft tələbatının böyük hissəsini “Drujba” boru kəməri ilə Rusiyadan əldə edir. Ölkə Rusiyadan qazı isə “Türk axını” və Bolqarıstanla Serbiyadan keçən qolları vasitəsilə alır.

Orban hökumətinin açıqladığı məlumatlara əsasən, 2025-ci ildə Rusiyadan Macarıstana 8,5 milyon tondan çox neft və 7 milyard kubmetrdən artıq qaz daxil olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm