İnsan beyninin mənşəyi ilə bağlı yeni sirr: İki qədim sistem birləşib
Bizi izləyin

Dünya

İnsan beyninin mənşəyi ilə bağlı yeni sirr: İki qədim sistem birləşib

İnsan beyninin mənşəyi ilə bağlı yeni sirr: İki qədim sistem birləşib

Alimlər insan beyninin tək bir sistemdən deyil, təkamül prosesində birləşmiş iki qədim sinir sistemindən formalaşmış ola biləcəyini müəyyən ediblər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, Stenford Universitetinin tədqiqatçıları beynin müxtəlif hissələrinin fərqli sələf hüceyrələrdən inkişaf etdiyini aşkarlayıblar. Belə ki, ön və orta beyin bir qrup hüceyrədən, arxa beyin və beyin kötüyü isə başqa hüceyrə qrupundan formalaşır.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu hüceyrə xətləri embrionun inkişafının erkən mərhələsində yaranır və demək olar ki, bir-biri ilə kəsişmir. Alimlərin fikrincə, bu iki sinir sistemi yüz milyonlarla il əvvəl ayrı-ayrılıqda mövcud olub, daha sonra təkamül nəticəsində birləşmiş ola bilər.

Beynin ön hissəsi dil, məntiq və mücərrəd düşüncə kimi funksiyalarda, arxa hissə isə tənəffüs, ürək döyüntüsü, yuxu və digər həyati proseslərin tənzimlənməsində mühüm rol oynayır.

Kəşfin tibbi əhəmiyyəti də var. Tədqiqatçılar laboratoriyada arxa beyindən böyük miqdarda motor neyronlar yetişdirməyə nail olublar. Gələcəkdə bu hüceyrələrin amiotrofik lateral skleroz (ALS) və spinal əzələ atrofiyasının (SMA) araşdırılmasında istifadəsi planlaşdırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm