Dünya
Şahzadə Diananın qardaşından ŞOK İDDİA: III Karl onun ölümünə sevinib
Şahzadə Diananın qardaşı Çarlz Spenser yeni kitabında Britaniya kralı III Karlın Diananın ölümünə reaksiyası ilə bağlı diqqətçəkən iddialar səsləndirib. Spenserin "Qu quşunun nəğməsi: Diana, mənim bacım" kitabında yazdığına görə, III Karl Diananın ölümündən sonra onun tezliklə unudulacağını deyib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Çarlz Spenser kralın reaksiyasından şoka düşdüyünü bildirib. Onun sözlərinə görə, III Karl gülüb və özünü sanki lotereyada böyük uduş əldə etmiş biri kimi aparıb. Spenser bu davranışın kralın “əsl simasını” göstərdiyini iddia edib.
Kitabda həmçinin Diananın toyuna təxminən bir ay qalmış nikahı ləğv etmək istədiyi, evlilik dövründə isə ağır depressiyadan əziyyət çəkdiyi qeyd olunur.
Bukingem Sarayı Spenserin açıqlamalarına münasibət bildirərək, kralın yaxınını itirən insanların keçirdiyi dərin emosional sarsıntını anladığını vurğulayıb.
Çarlz Spenserin kitabının çərşənbə axşamı satışa çıxacağı bildirilir.
Müəllif: Adəm
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub































.jpg)




