Dünya
İsraili narahat edən sual: Türkiyə niyə bu miqyasda silahlanır?
İsrail mətbuatı Türkiyənin sürətlə artan hərbi-dəniz gücünün Tel-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb.
Publika.az xəbər verir ki, İsrailin “i24 News” telekanalı və ordu radiosunda yayımlanan xəbərlərdə Türkiyənin müdafiə sənayesindəki inkişafı, xüsusilə Hərbi Dəniz Qüvvələrinin artan imkanları diqqətə çatdırılıb.
Tel-Əviv universitetindən ekspert Hay Eytan Cohen Yanarocak bildirib ki, Türkiyənin hərbi imkanlarının genişlənməsi İsrail üçün diqqətçəkən məsələdir.
Onun sözlərinə görə, Türkiyə ötən il 5-i sualtı qayıq olmaqla 31 döyüş gəmisi inşa edib. “Bizi narahat edə biləcək məsələ də budur. Sual yaranır: Türkiyə niyə bu miqyasda silahlanır?” - deyə ekspert bildirib.
Yanarocak Türkiyənin Qərbi Liviya, Somali və Qətərdə mövcudluğuna da diqqət çəkərək, Ankara üçün güclü donanmanın bu bölgələrdə uzunmüddətli hərbi mövcudluq yaratmağa imkan verdiyini vurğulayıb.
İsrail təhlükəsizlik rəsmilərinin Türkiyənin artan sualtı qayıq imkanlarını nəzərə alaraq, ölkənin sualtı qayıq donanmasının genişləndirilməsini təklif etdiyi bildirilir.
Məlumata görə, Türkiyənin hazırda 14 operativ sualtı qayığı var və qarşıdakı illərdə bu sayın 18-ə çatdırılması gözlənilir. İsrailin isə hazırda 5 sualtı qayığı mövcuddur, 6-cı sualtı qayığın yaxın zamanda ölkəyə çatacağı gözlənilir.
Müəllif: Roza
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda














.jpg)
















.jpg)
