Dünya
ABŞ-dan yeni Ukrayna təklifi - Bu məsələlər gündəmdə
ABŞ Ukrayna müharibəsinin dayandırılması üçün enerji infrastrukturu və taxıl tədarükünü əhatə edən qismən atəşkəs təklif etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Ağ Evin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner oktyabrın 9-10-da Mayamidə Ukrayna nümayəndə heyəti və Avropa rəsmiləri ilə görüşərək müharibənin dayandırılması ilə bağlı yeni təklifləri müzakirə edəcəklər.
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada sərt qış başlamazdan əvvəl diplomatik irəliləyişə nail olmağa çalışır. Ukrayna atəşkəsə hazır olduğunu bildirsə də, Rusiya hələlik bu istiqamətdə ciddi maraq göstərməyib.
Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları və müharibədən sonrakı inkişaf planı da müzakirə olunacaq. Danışıqlarda Fransa, Böyük Britaniya və Almaniyanın milli təhlükəsizlik müşavirlərinin, eləcə də NATO və Avropa İttifaqı nümayəndələrinin iştirakı gözlənilir.
Nəşrin yazdığına görə, ABŞ-dakı aralıq seçkilər və Rusiyanın sanksiyaların ləğvinə marağı Moskvanı müəyyən atəşkəs razılaşmasına sövq edə bilər. Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün bu ayın sonunda Moskvaya səfər etməsi də mümkündür.
Müəllif: Adəm
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
































.jpg)
.jpg)