Bu ölkənin İsrail seçkilərinə müdaxiləsi araşdırılır - MOSSAD hərəkətə keçdi
Bizi izləyin

Dünya

Bu ölkənin İsrail seçkilərinə müdaxiləsi araşdırılır - MOSSAD hərəkətə keçdi

Bu ölkənin İsrail seçkilərinə müdaxiləsi araşdırılır - MOSSAD hərəkətə keçdi

İsrailin MOSSAD kəşfiyyat xidməti parlament seçkilərinə mümkün xarici müdaxilə ilə bağlı araşdırmaya qoşulub.

Publika.az xəbər verir ki, İsrailin 12-ci kanalı bu barədə məlumat yayıb.

Bildirilir ki, MOSSAD Ümumi Təhlükəsizlik Xidməti ilə birgə Qətər və digər ölkələrin seçki prosesinə mümkün müdaxiləsini araşdırır.

Şübhələr ərəb seçicilərin seçki məntəqələrinə gəlməsini təşviq etmək məqsədilə onlara pul ödənilməsi ehtimalı ilə bağlıdır.

Mərkəzi Seçki Komissiyası isə araşdırmanın məhdud xarakter daşıdığını və seçkilərin nəticələrinin şübhə altına alınmadığını bildirib.

Qeyd edək ki, oktyabrın 27-də keçirilən seçkilərdə Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası birinci yeri tutsa da, heç bir siyasi blok hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm