300 min litr neft oğurlayan keçmiş hərbçiyə 5 il həbs cəzası verildi
Bizi izləyin

Dünya

300 min litr neft oğurlayan keçmiş hərbçiyə 5 il həbs cəzası verildi

300 min litr neft oğurlayan keçmiş hərbçiyə 5 il həbs cəzası verildi

Yunanıstanın Saloniki şəhəri yaxınlığında orduya məxsus boru kəmərindən 300 min litr neft oğurlanması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri yazıb.

Məlumata görə, Apellyasiya Məhkəməsi hadisədə iştirak edən keçmiş hərbçini 5 il müddətinə azadlıqdan məhrum edib. Onunla yanaşı, daha dörd nəfər də təqsirli bilinib. Onlardan ikisi cinayətə təhrik etməkdə ittiham olunub.

Məlum olub ki, həmin dövrdə ərazidə mühafizəçi işləyən keçmiş hərbçi mülki şəxslərin əraziyə daxil olaraq neft oğurlamasına şərait yaradıb.

Cinayətkar dəstənin fəaliyyəti isə təsadüfən üzə çıxıb. Avtomobillərdən birinin kanala düşməsindən sonra polis nəqliyyat vasitəsində yanacaq oğurluğunda istifadə olunan alətlər aşkarlayıb.

Keçmiş hərbçi məhkəmədə müdafiə çıxışı etdikdən sonra, hökm elan olunmamış zalı tərk edib. Hazırda hüquq-mühafizə orqanları onun saxlanılması üçün axtarışları davam etdirir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm