İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb - CENTCOM
Bizi izləyin

Dünya

İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb - CENTCOM

İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb - CENTCOM

ABŞ hərbi qüvvələri İranın 25 milyard dollar dəyərində xam neft ixracının qarşısını alıb.

Publika.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper videomüraciətində bildirib.

Onun sözlərinə görə, həmçinin 350 milyon dollar dəyərində kriptovalyuta aktivləri dondurulub.

Kuper qeyd edib ki, maliyyə məhdudiyyətləri İranın silahlı qrupları maliyyələşdirmək və hərbi infrastrukturunu bərpa etmək imkanlarını zəiflədib. ABŞ-ın təzyiqləri İranın neft ixracına, rəqəmsal maliyyə əməliyyatlarına və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinə təsir göstərib.

O iddia edib ki, ölkədə bir sıra sektorlarda maaşların, pensiyaların, müavinətlərin ödənilməsi gecikdirilir və maliyyə çətinlikləri İranla əlaqəli silahlı qruplara da təsir edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm