Dünya
Moskvanı hədəfləyən sanksiyalara əngəl - Tramp Lindsi Qrem qanununa müdaxilə etdi
ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin təşəbbüsü ilə qəbul edilmiş, Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanunun bir sıra müddəalarının tətbiqindən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Trampın Ağ Evin saytında dərc olunan fərmanında bildirilib.
Sənəd Rusiyanın rəsmilərinə, banklarına, enerji və müdafiə sektoruna qarşı sanksiyaların genişləndirilməsini, Rusiya neft və qazının əsas alıcılarından olan ölkələrə ABŞ-a ixrac etdikləri mallar üzrə 100 faizə qədər rüsum tətbiqini nəzərdə tutur. Həmçinin Rusiya mallarına 500 faizə qədər rüsum və İranın enerji və silah sektorlarına qarşı sanksiyaların uzadılması ilə bağlı müddəalar var.
Tramp fərmanında qanunun nəzərdə tutduğu bir sıra sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqindən imtina etdiyini bildirib. O, bu qərarın hazırda ABŞ-ın milli maraqlarına uyğun olduğunu Konqresə təsdiqlədiyini qeyd edib.
Qanun prezidentə milli maraqları əsas gətirməklə onun müəyyən müddəalarının tətbiqindən imtina etməyə imkan verir. Tramp bu hüquqdan istifadə edərək qanunun bir sıra müddəalarını qüvvəyə minməzdən əvvəl dayandırıb.
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz










.jpg)




.jpg)



















