Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Bizi izləyin

Dünya

Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək

Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək

İngiltərədə avtobuslarda sərnişinləri narahat edən davranışlara görə yeni cərimələr tətbiq olunacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimata əsasən, avtobusda qulaqlıqdan istifadə etmədən yüksək səslə musiqi dinləyən, video izləyən, səs-küy salan, siqaret çəkən, zibil atan və ətrafdakılara qarşı hədələyici hərəkətlər edən şəxslər 100 funt sterlinq (təxminən 227 AZN) cərimələnə bilərlər.

Qeyd edək ki, İngiltərədə qatarlarda bu cür davranışlara görə cərimə tətbiqi 2005-ci ildən qüvvədədir. Yeni qaydaların avtobuslarda da tətbiqi nəzərdə tutulur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm