Dünya
ABŞ 80 ildir UNO-lar haqda məlumatları gizlədir? - Keçmiş admiraldan sensasiya
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet Amerika hakimiyyətinin təxminən 80 ildir dünya okeanında ola biləcək naməlum uçan obyektlər (UNO) barədə məlumatları gizlətdiyini iddia edib.
Publika.az “Fox News”a istinadla xəbər verir ki, o, bu barədə "Hang Out with Sean Hannity" podkastında danışıb.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) keçmiş rəhbər əvəzi olan Qallodetin sözlərinə görə, okean planetin ən az araşdırılmış ərazilərindən biridir. O, dəniz dibinin təxminən 73 faizinin hələ də xəritələşdirilmədiyini və okeanın yalnız kiçik bir hissəsinin tədqiq olunduğunu bildirib.
Keçmiş admiral Pentaqonun qeyri-adi xüsusiyyətlər nümayiş etdirən obyektlərə aid ən azı iki video yazıya malik olduğunu iddia edib. Onun sözlərinə görə, kadrlardan birində obyekt suya sıçrantı yaratmadan daxil olur. Digər videoda isə obyekt suyun altında sürətlə hərəkət edir, qısa müddət dayanır və qəfil yuxarı qalxır.
Qallodet həmçinin bu obyektlərin səssiz hərəkət etdiyini və zərbə dalğası yaratmadan səs sürətini aşdığını bildirib.
“Onların elə bir şey yaratdıqları görünür ki, biz onun necə təkrar istehsal ediləcəyini heç təsəvvür etmirik”, - deyə o vurğulayıb.
Keçmiş hərbçi məlumatların gizlədilməsini 1952-ci ildə Vaşinqton səmasında müşahidə olunan qeyri-adi hadisələrlə də əlaqələndirib. Onun iddiasına görə, həmin hadisələrdən sonra Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) fenomeni araşdırmaq üçün komissiya yaradıb. Komissiya belə hadisələrin mövcudluğunu qəbul etsə də, onları hərbi təhlükə hesab etməyib.
Qallodetin sözlərinə görə, sonradan ABŞ hakimiyyəti bu məlumatları məxfiləşdirib və SSRİ-nin UNO-larla bağlı xəbərlərdən Amerika əhalisi arasında qorxu yaratmaq üçün istifadə etməsinin qarşısını almaq məqsədilə dezinformasiya kampaniyası təşkil edib. O, bu prosesdə ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Təhqiqatlar İdarəsinin mühüm rol oynadığını iddia edib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi



































.jpg)
