Sosial
“Sonsuzluğun simfoniyası”: Ankarada tarixi-mədəni irsimizi simvolizə edən kompozisiya ucaldıldı
Ankaranın Türk Dövlətləri Mədəniyyət Parkındakı Azərbaycan pavilyonunun önündə “Sonsuzluğun simfoniyası” adlı monumental kompozisiya ucaldılıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar rəssamı Rəşad Mehdiyevin müəllifi olduğu əsər cilalanmış paslanmayan poladdan hazırlanıb. Müasir monumental plastika nümunəsi olan kompozisiya Azərbaycanın milli kimliyini, zəngin mədəni yaddaşını və mənəvi varislik ənənələrini təcəssüm etdirir.
Fəzada kəsişən spiralvari formalardan qurulan kompozisiyada Azərbaycan ornamental sənətinin səciyyəvi motivləri – buta, od rəmzi və Xəzər dalğalarının plastikası əksini tapır. Mərkəzdəki DNT-nin qoşa spiral modeli genetik yaddaşın qorunmasını və milli mədəni kodun əbədiliyini, dövri quruluş isə “Əbədiyyət düyünü” ideyasını simvolizə edir. Dekorativ naxışlarda Qarabağ və Şirvan xalçaçılıq məktəblərinin, eləcə də Azərbaycan memarlıq irsinin bədii elementlərindən istifadə olunub.
Cilalanmış polad səthin güzgü effekti əsərlə ətraf mühit arasında vizual əlaqə yaradır. Kompozisiya Azərbaycanın mədəni irsini müasir sənət dili ilə təqdim etməklə yanaşı, Şərqlə Qərb arasında mədəni körpü ideyasını da ifadə edir.
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?








.jpg)






























