Dünya
Bayden Netanyahunu Trampa bənzətdi: Demokratik institutları manipulyasiya edir
ABŞ-ın keçmiş prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahunu şəxsi maraqları naminə demokratik institutları manipulyasiya etməkdə və “Trampabənzər meyillərə” sahib olmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə Baydenin yeni memuarında yer alan fikirləri “The Jerusalem Post” nəşri yayıb.
Bayden həmçinin Netanyahu ilə aralarında etimadın olmadığını bildirib və onun İsrailin məhkəmə sistemini dəyişdirmək cəhdlərini tənqid edib.
Maraqlıdır ki, bu ittihamlardan cəmi beş gün əvvəl, 2025-ci il yanvarın 15-də iki siyasətçi telefonla danışarkən Bayden Netanyahunu tərifləyib. İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi barədə razılaşmanın elan olunduğu gün baş tutan söhbətdə o, İsrail liderinə “Sən yaxşı insansan, sənə heyranam” deyib.
İki lider arasında əsas fikir ayrılıqları Fələstin məsələsi ilə bağlı olub. Bayden iki dövlət prinsipini müdafiə etdiyi halda, Netanyahu İordan çayının qərbində İsrailin təhlükəsizlik nəzarətini qorumaqda israr edib. 2024-cü ilin mayında isə Bayden administrasiyası İsrailin Rəfaha mümkün genişmiqyaslı hücumu ilə bağlı narahatlıqlara görə bomba tədarükünü dayandırıb.
Müəllif: Adəm
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR







































