“Bizim bacardıqlarımızı heç kim bacara bilməz” - Tramp
Bizi izləyin

Dünya

“Bizim bacardıqlarımızı heç kim bacara bilməz” - Tramp

“Bizim bacardıqlarımızı heç kim bacara bilməz” - Tramp

ABŞ və Çin enerji daşıyıcılarının Hörmüz boğazından keçməsinin təmin edilməsi və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının tərəfdarıdır.

Publika.az “BBC”yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Biz hər ikimiz bu məsələlərə çox ciddi yanaşırıq”, - deyə Tramp qeyd edib.

O, ABŞ və Çinin ticarət və dünyada sülh məsələlərində mühüm rol oynadığını iddia edib: “Ticarət, investisiyalar, regional məsələlər, dünya sülhü kimi bir çox məsələdə ABŞ və Çin öncül rol oynayıblar. Başqa heç bir yerdə bizim bacardıqlarımızı edə biləcək kimsə yoxdur".

Tramp 2017-ci ildə Çinə ilk rəsmi səfərindən bəri Çin lideri Si Cinpin ilə əla münasibətlərinin yarandığını qeyd edib: "Bəzi insanlar bunu eşidəndə narazı qalırlar, amma mən bundan çox məmnunam”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində iki saat davam edən görüş baş tutub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm