Avropa
Avropa Komissiyasına şok kiberhücum: Minlərlə əməkdaşın şəxsi məlumatları təhlükədə
Avropa Komissiyası genişmiqyaslı kiberhücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, çoxsaylı şəxsi məlumatlar təhlükə altına düşüb. Hücum səbəbindən əməkdaşlar əməkhaqqı və məzuniyyətlə bağlı məlumatları sistemə daxil edə bilməyiblər.
Avropa İttifaqının (Aİ) nümayəndəsi qeyd edib ki, Avropa Komissiyasının qiymətləndirməsinə görə, hücumun böyük hissəsini lokallaşdırmaq mümkün olub. Bununla belə, dəymiş ziyanın tam miqyası hələ məlum deyil. Sistemlərin yaxın vaxtlarda yenidən fəaliyyətə başlaması mümkündür, lakin hazırda sorğulara cavablar gecikmə ilə verilir.
"Politico"nun həmsöhbətləri bildiriblər ki, hələ də əməkdaşların hansı məlumatlarının zərər gördüyü və hansılarının hələ də ələ keçirilmə təhlükəsi altında olduğu müəyyənləşdirilir.
Problem artıq 10 gündən çoxdur ki, aradan qaldırılmayıb.
Müəllif: Valeh
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı







































.png)