Fransadan etiraf: Yeni dünya nizamı yaranır, biz kənarda qalmışıq
Bizi izləyin

Avropa

Fransadan etiraf: Yeni dünya nizamı yaranır, biz kənarda qalmışıq

Fransadan etiraf: Yeni dünya nizamı yaranır, biz kənarda qalmışıq

Fransada prezidentliyə namizəd olan “Patriotlar” partiyasının lideri Florian Filippo Avropa ölkələrini Avropa İttifaqından çıxmağa və milli maraqlarını ön plana çəkməyə çağırıb.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitini şərh edərkən bildirib.

Filipponun sözlərinə görə, sammit Qərb ölkələrinə Avropa bürokratiyasına və Ukraynaya dəstək siyasətinə alternativ mövcud olduğunu göstərib. O, Fransanın mövcud Avropa İttifaqı strukturunda əhəmiyyətsiz bir əyalətə çevrildiyini iddia edib.

Siyasətçi hesab edir ki, artıq milli suverenliyə əsaslanan yeni dünya nizamı formalaşıb və Avropa ölkələri bu reallığı qəbul edərək öz maraqlarını müdafiə etməlidirlər.

Qeyd edək ki, noyabrın 18-19-da Şençjendə keçirilən APEC sammitində Rusiya, Çin və ABŞ liderlərinin - Vladimir Putin, Si Cinpin və Donald Trampın üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Bu format təşkilatın tarixində ilk olacaq.

Xatırladaq ki, APEC Asiya-Sakit Okean regionunun 21 iqtisadiyyatını birləşdirir. Təşkilatın əsas fəaliyyət istiqamətləri ticarət, investisiyaların cəlb edilməsi və regional iqtisadi inteqrasiyadır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm