Dünya
Putin Təhlükəsizlik Şurasını topladı
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının
təcili müşavirəsini keçirib.
ANS PRESS-in məlumatına görə, müşavirədə daxili və xarici siyasətin
aktual məsələləri, həmçinin Qələbənin 70-illiyinin bayram
edilməsinə hazırlıqla bağlı son mərhələ işləri müzakirə edilib.
Putinin başçılığı ilə keçən müşavirədə baş nazir Dmitri Medvedev,
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət
Dumasının spikeri Sergey Narışkin, Kreml administrasiyasının
başçısı Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşev və başqa dövlət xadimləri iştirak edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik
Şurasının operativ müşavirəsində əsasən paradla bağlı məsələlərin
müzakirə olunduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya cidd-cəhdlə bu parada hazırlaşır və onlar
bütün dünyaya Rusiyanın qüdrətini göstərmək əzmindədir.
-
Hadisə21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə"dən ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO





























