Dünya
İstanbulda 1 may nümayişləri həbslərlə başladı
İstanbulda 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən nümayişlər həbslərlə başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda bir şagird polis tərəfindən saxlanılıb.
Axtarışlar zamanı şagirdin çantasından qaz maskası çıxıb. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Süleyman Çələbi şagirdə sarılaraq polisə mane olmaq istəyib. Çələbi ilə polis arasındakı qısamüddətli dialoqdan sonra şagird sərbəst buraxılıb.
İstanbulun Okmeydan səmtində isə 5 nəfər saxlanılıb. Polisin şübhəli şəxslər üzərində araşdırmalarından sonra onların üzərində qaz maskaları aşkarlanıb.
Məlumata görə, 21 min polis və 63 TOMA İstanbulda təhlükəsizliyi qoruyur. Taksim Meydanına gedən bütün yollar bağlanıb.
Ömər Dağlı
-
Hadisə12:03Bu sənaye müəssisəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Qarabağ 11:30Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nida Xəbər 10:20Milli Məclis: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumu aparılır
-
Səhiyyə09:40Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı







.jpg)

.jpg)



















.png)

.jpg)






