Dünya
Azərbaycan qazının yolunu açmaq üçün Afinaya təcili səfər – Vaşinqtonun “cavab atəşi”
“Birləşmiş Ştatlar Rusiya qazının Avropadan
sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin
tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton
Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid
edir”.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Telefraph”
nəşri yazıb.
Nəşr qeyd edir ki, Azərbaycan qazı Avropa bazarlarını Rusiya
asılılığından qurtarmağa kömək edəcək.
“ABŞ Rusiyanın Yunanıstanı ələ almasına “cavab atəşi” hazırlayır.
Yaxın günlərdə bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti
Afinaya yollanacaq. Nümayəndə heyətinə də Beynəlxalq Enerji
Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein)
rəhbərlik edəcək”, - deyə “The Daily Telefraph” qeyd edib.
Qeyd edək ki, bir müddət öncə A. Hokştayn “Hürriyət” qəzetinə
müsahibəsində TANAP-ın əhəmiyyətinə diqqət çəkərək bu layihənin
tamamlanması üçün hər kəsi səfərbər olmağa çağırıb.
Hazırda Rusiya Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan
boru kəmərlərinin keçəcəyi Yunanıstanın yeni seçilmiş solçu
hökuməti ilə danışıqlar apararaq Avropa Birliyinin “Qazprom”dan
imtina etmə planını pozmağa çalışır. Afina və Moskva arasında bu
istiqamətdə ciddi danışıqlar aparılır və ortada yeni bir boru
kəmərinin inşası məsələsi də var. Lakin Brüssel Rusiyaya
yaxınlaşdığı üçün Afinaya ciddi xəbərdarlıq edib. ABŞ Dövlət
Departamentinin yüksək səviyyəli nümayəndə heyətinin Afinaya
getməsi isə Vaşinqtonun oyuna müdaxilə etmək qərarına gəldiyini
göstərir.
Asif Nərimanlı
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...
-
Dünya09:50Nazirin həyat yoldaşı Çin paltarı geyindi, ara qarışdı: "Temu"da su qiymətinədir - FOTO
-
ABŞ08:49ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
-
Ekologiya08:24Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video








.jpg)





.webp)


.webp)
.png)

















