Dünya
ABŞ-da həyəcan: “Rusiya və Çin liderliyinə az qalıb”
ABŞ Hərbi Hava qüvvələrinin komandanı Mark Velsh Vaşinqton rəhbərliyini müdafiə büdcəsini azaltdığı üçün tənqid edərək, Rusiya və Çinin yaxın gələcəkdə ABŞ-ı ötəcəyini bildirib.
Axar.az xəbər verir ki, “Fox News” televiziyasına danışan general Rusiya və Çinin çox böyük sürətlə silahlandığını deyib:
“Rusiya və Çin hazırkı templə inkişafını davam etdirsə, önümüzdəki 3-5 il ərzində bir çox sahədə ABŞ-ı geridə qoyacaq”.
General Velsh ABŞ-ın F-35 və F-22 döyüş təyyarələri istisna olmaqla digər ölkələrə hərbi texnologiya cəhətdən heç nə verə bilmədiyini etiraf edib:
“ABŞ Hava Müdafiə Qüvvələrinin digər problemi döyüş təyyarələrinin çatışmazlığıdır. Yeni təyyarələrə üstünlük verilməlidir. Düşünürəm ki, F-22-nin nələr edə biləcəyini artıq gördük. Hazırda 50 ölkə Rusiya və Çin istehsalı reaktiv təyyarələrdən istifadə edir”.
Xatırladaq ki, F-22 qırıcıları ilk dəfə 2014-cü ilin oktyabrında Suriyada İŞİD-ə qarşı endirilən aviazərbələr zamanı istifadə olunub. Həmin tarixdən etibarən ABŞ bütün əməliyyatlarında F-22 qırıcıları istifadə olunur.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:50Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü







.jpg)








.jpg)





.jpg)


.jpg)










