Dünya
Şok iddia: “ABŞ Həzrəti Mehdini tutmaq istəyir”
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ-ın əsl məqsədini açıqlayıb.
Publika.az xəbər verir ki, Ramazan ayı münasibətilə ölkənin müxtəlif bölgələrindən Tehrana gələn din adamları və tələbələrlə görüşən Əhmədinejad ABŞ-ın əsl məqsədinin Həzrəti Mehdini ələ keçirmək olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ dünya imperatorluğuna son qoyacaq əsas təhlükənin Həzrəti Mehdi olduğunu bildiyi üçün onunla bağlı genişmiqyaslı araşdırma aparır. “Həzrəti Mehdi ilə əlaqədə ola biləcək hər kəslə əlaqə yaradırlar, onların verdiyi məlumatlardan faydalanırlar. Dini universitetlərimizdə Həzrəti Mehdi ilə bağlı aparılan araşdırmalardan daha çoxu ABŞ-ın universitetlərində aparılır”, - keçmiş prezident söyləyib.
Əhmədinejada görə, “Şeytanın dövləti” (İranda ABŞ-ı bu şəkildə adlandırırlar) Həzrəti Mehdinin gələcəyi halda sonunun catacağının fərqindədir.
Bəzi dini inanclara görə, Həzrəti Mehdi yer üzünə geri dönərək islamın dünyadakı hakimiyyətini təmin edəcək.
Ömər Dağlı
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır



























.png)




