Ekologiya
Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı Qərargah yaradıldı
Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xüsusı Qərargah yaradılıb.
Səbail Rayon İcra Hakimiyyətindən Publika.az-a
verilən məlumatda bildirilib ki, son günlərdə atmosfer
yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında,
Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik
nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə
çatlar genişlənib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının
nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış
keçiriblər.
“Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə
halının baş verməsi yeni hadısə deyil, illərlə mövcud olan köhnə
problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır.
Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz
təsirini gösrərir. Belə hallar Hələ Sovetlər dönəmində də mövcud
idi. Vaxtı ilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların
kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən
hallardandır. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların
təhlükəsizliyinin qorunması məqsədi ilə Səbai RİH-də Xüsusi
Qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə
dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan
vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin
təminatı məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları
hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti
yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi
narahatlığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən
nəzarətdədir”.
İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən Qərargahın iclası keçirilib, xidmət, təşkilat və dıgər sahələrin rəhbərlərinə müvafiq tapşirıqlar verilib.
“Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən prosseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

