Ekologiya
Bayılın sürüşmə zonasında işlər nə zaman yekunlaşacaq?
“Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsində bu günə olan məlumata görə cüzi dəyişiklik qeydə alınır. Lakin havanın yağıntılı keçməsi aktivliyə təsir edir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralovun sözlərinə görə, sürüşmə aktiv olan ərazilərdə yaşayan sakinlər müvəqqəti olaraq köçürülüb.
Ekspedisiya rəisinin sözlərinə görə, ərazidə geofiziki işlər təxminən iki həftəyə başa çatdırılmalıdır:
“Hazırda ərazidə müşahidələr aparırıq. Ötən gün Nazirlər Kabinetinin iclasında müvafiq qurumlar qarşısında tələblər qoyulub. Biz də müşahidələri maksimum iki həftəyə başa çatdırmağı planlaşdırırıq. Müşahidələr başa çatandan sonra sürüşmənin səbəbi, əhatəsi, dərinliyi və təhlükəsi emal ediləcək. Bundan sonra, digər təşkilatlar tərəfindən ərazidə bərkitmə işləri aparılacaq”.
Gülxar
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

