Ekologiya
Teleqüllə sürüşmə sahəsi barədə yekun rəy nə zaman hazır olacaq?
Son günlər şərti olaraq Teleqüllə sürüşmə sahəsi adlandırılan Bayıl yamacındakı sürüşmə sahəsində son günlər stabilləşmə müşahidə edilir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov bildirib ki, ötən günə olan məlumata görə, sürüşmə sahəsində aktivlik qeydə alınmır:
“Bir neçə gün stabillik qeydə alınsa da, bu, təbiət hadisəsidir. Hər an yeni bir aktivlik müşahidə edilə bilər. Ancaq son günlər çatlar əmələ gələn yarğanın quruduğunu müşahidə edirik. Ərazidə aktivlik suvarılma ilə bağlı deyil, proses daha dərində gedir. Ərazidə ən kiçik dəyişiklik belə quraşdırdığımız mayaklarda nəticəsini göstərər. Lakin son 4 gündə sürüşmənin vəziyyətində 1 mm belə dəyişiklik olmayıb”.
Ə.Qaralov yaxın günlərdə aparılan araşdırmaların təhlil edilib, yekun rəyi nazirliyə təqdim edəcəklərini bildirib:
“Əraziyə yaponiyalı mütəxəssis də cəlb edilmişdi. O, 2000-ci ildə Əbədi məşəl qarşısında baş verən çökmə zamanı da ərazidə olub araşdırma aparmışdı. O, bir neçə saat ərzində ərazidə məlumatları topladı, hazırladığı layihəni yaxın günlərdə təqdim edəcək. Yaponiyalı mütəxəssisin dəvət edilməsi o demək deyil ki, yerli mütəxəssislər bu işi bacarmır. Sadəcə həmin şəxs həm əraziyə bələddir, həm də daha müasir texnologiyadan istifadə edib. Bütün qurumların apardığı araşdırma axırda təhlil edilərək yekun rəy veriləcək”.
Gülxar
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

