Ekologiya
Cəlilabadda sürüşmə zonaları aktivləşdi - - FOTO
Son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb.
"Report" xəbər verir ki, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində, müxtəlif yerlərdə iri çatlar əmələ gəlib.
Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Sürücülər bunun daha təhlükəli ola biləcəyindən narahatdırlar. Buradakı yol yatağının erroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.
Kənd sakinləri deyirlər ki, ərazidən mütəmadi olaraq yük avtomobillərinin keçməsi də yolun sürüşməyə meylli ərazilərində çökmələrin yaranmasına gətirib çıxarıb. Yolun Xanəgah kəndinə düşən hissəsində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib.
Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir.
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır


















.jpg)














.jpg)



