Ekologiya
Bayıldakı sürüşmə sahəsinin üzərinə çıxmaq qorxuludur - Ekspedisiya rəisi
Teleqüllə sürüşmə sahəsi kimi tanınan Bayıl yamacındakı sürüşmədə aktivlik adi gözlə müşahidə edilməsə də, ərazidə vəziyyət gərgin olaraq qalır.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov bildirib ki, hazırda sürüşmə baş verən sahələrin üzərinə çıxmaq qorxuludur:
“Əməkdaşlarımız gündəlik ərazidə olur, bu gün mən də sürüşmə baş verən ərazidə oldum. Adi gözlə sürüşmə sahəsində ciddi dəyişiklik qeydə alınmır. Lakin dərin qatlarda sürüşmənin sakitləşdiyini də deyə bilmərik. Ona görə də ərazidə yaşamaq təhlükəlidir. Sürüşmənin konturları daxilində 106 evin olması barədə məluat hazırlayıb aidiyyəti qurumlara təqdim etmişik. Mətbuatdan oxuduqlarımıza görə artıq həmin ailələrlə bağlı tədbirlər görülür”.
Ə.Qaralov sürüşmə sahəsində monitorinqlərin davam etdiyini bildirib:
“Sürüşmə sahəsindən aralıq hesabatı Nazirlər Kabinetinə təqdim etmişik. Monitorinqlərimiz davam edir. Ərazidə bərkitmə işlərini isə Fövqəladə Hallar Nazirliyi icra edəcək”.
Gülxar
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

