Ekologiya
Masazırda duz gölünün daşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Abşeronda rayonunda Masazır qəsəbəsi ərazisində duz gölünün daşması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, bu barədə məlumat yayılan kimi əməkdaşlar hadisə yerinə göndərilib və göl suyunun yola dağılmasının daşqınla əlaqədar olmadığı müəyyən edilib:
“Duz gölü Masazır-Novxanı magistral yolunun yaxınlığına Badam bağları yaşayış massivinin aşağı hissəsindədir. Həmin göl ilə magistral yolun səviyyəsi demək olar ki bərabərdir. Buna görə də güclü külək əsəndə ləpələr göldəki suyun bir hissəsini sahilə vurur. Həmin sular da yola dağılıb. Bu da insanlarda gölün daşması təəssüratı yaradıb”.
Ə.Qaralov ətrafda yaşayış məntəqələrinin sayının artması ilə əlaqədar göldə suyun səviyyəsinin artması barədə məlumatların da həqiqəti əks etdirmədiyini deyib:
“Ərazidə son illər salınmış Badam bağları və məcburi köçkünlər üçün salınmış yaşayış massivi var. Onların hər ikisinin də kanalizasiya sistemi olduğunda sular gölə axıdılmır. Ona görə də yaşayış məntəqələrinin artımı səbəbində göldə suyun səviyyəsinin artımı barədə fikir səsləndirmək doğru deyil”.
Qeyd edək ki, ötən gün mətbuatda Masazır qəsəbəsindəki duz gölünün daşması səbəbindən Masazır-Novxanı magistralını su basması barədə məlumat yayılmışdı. Məlumata görə, yerli sakinlər gölün daşmasını əraziyə normadan artıq suyun axıdılması ilə əlaqələndiriblər.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
