Ekologiya
Bakının bu ərazilərində sürüşmə sahələri aktivləşdi
Bakının bir sıra sürüşmə sahələrində noyabr ayı ərzində aktivlik qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Badamdar sürüşmə sahəsinin istinad divarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində yeni çatlar müşahidə edilib, mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb.
Məlumata görə, hazırda ərazidə gərgin vəziyyət saxlanılmaqdadır.
“Buxta küçəsi” sahəsində quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb. Zığ-1 sürüşmə sahəsi ərazisində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.
Masazır qəsəbəsi – “Zəli gölü” adlanan ərazidə, Nübar qəsəbəsində təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
Bununla yanaşı, Xəzər rayonu Qala qəsəbəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması müşahidə edilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)