Ekologiya
Qazaxıstandan Azərbaycana gələn nadir quşa hücum edib yaraladılar - FOTO
Qazaxıstandan ölkəmizə köç edən və Lənkəranda qarğaların yaraladığı dovdaq quşu xilas olunub. Dünyada nadir quşlardan hesab olunan və adı “Qırmızı kitab”a düşən dovdaq quşunun ayaqlarında qeydiyyat nişanı da var. Xilas olunan quş Qızılağac Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilib.
Nadir quşu Lənkəran şəhər sakini Elvin Quluzadə xilas edib. Onun sözlərinə görə, axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-yə yaxın qarğanın bir quşu qovduğunu görüb. Həmin quş qarğalara heç bir müqavimət göstərmədən qanadlarından və boğazından yaralanaraq yerə düşüb. Qarğalar yerdə də dovdaq quşunu dimdikləyərək onu hücum ediblər. Vəziyyəti belə görən Elvin quşun düşdüyü əraziyə gedərək, onu xilas edib.
Elvin Quluzadə quşun ayağında möhürlənmiş nişanı gördükdə, aidiyyəti qurumlara məlumat verib və Qızılağac Dövlət Qoruğunun əməkdaşları quşu ondan təhvil alıblar. Quşa baxış keçirdikdən sonra məlum olub ki, o, adı dünyanın, o cümlədən də Azərbaycanın “Qırmızı kitab”ına düşmüş nadir quşlardan hesab edilən dovdaq quşudur.
Qızılağac Dövlət Qoruğunun direktor müavini Aftandil Abbasov deyir ki, nadir quşlardan olan dovdağın nəsli tükənməkdədir: “Hər il Azərbaycana qışlamaq üçün təxminən 20-30 dovdaq quşu gəlir. Bu quşun dişisinin çəkisi 3 kiloqram, erkəyinin isə 7 kiloqrama qədər olur. Bizə verilən dovdaq quşu yaralanmış vəziyyətdə idi. Onun ayaqlarında olan nişanlı halqalara baxış keçirdik. Müəyyən olundu ki, bu quş ölkəmizə Qazaxıstandan köç edib”.
Dovdaq quşu ekoloq Bəxtiyar Hüseynov və Abbas Abbasov tərəfindən götürülərək müayinə edilmək üçün Qızılağac Dövlət Qoruğuna aparılıb. Quş müalicə olunduqdan sonra yenidən təbiətə qaytarılacaq.
Qeyd edək ki, dovdaq quşu qışlama üçün su hövzələrinə köç edir. Nəsli tükənməkdə olan dovdaq quşlarının əsas məskəni Qazaxıstan sayılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)