Ekologiya
24 il əvvəlki yüksək temperatur bu il təkrarlana bilər - Baş hidroloq
Bu gün də daxil olmaqla, son günlər ərzində Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 4-5 dərəcə yüksək olub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, iyunun son günlərində Bakıda və Abşeron yarımadasında temperaturun yüksəlməsi müşahidə edilir. Dünən Bakıda 35-37 dərəcə isti müşahidə edilib ki, bu da iqlim normasından 4-5 dərəcə çox olub.
A.Verdiyev qeyd edib ki, iyunun 13 və 14-də temperaturun bir qədər də yüksələcəyi gözlənilir. Həmin günlərdə Bakıda Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək, Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək yüksəlməsi gözlənilir.
Nazirlik rəsmisi bildirib ki, son 25-27 il ərzində iyunda ən yüksək temperatur 40 dərəcə olmaqla, 1996-cı il iyunun 17-də müşahidə edilib:
“Əgər iyunun 13-14-də Bakıda 40 dərəcə isti müşahidə edilərsə, onda bu il iyun ayında 1996-cı ildəki yüksək temperatur təkrar qeydə alınacaq” .
Baş hidroloq son 25-27 ildə ən isti iyun ayının 2019-cu ildə qeydə alındığını söyləyib:
“Lakin ötən il iyunun isti keçməsi yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilib. Bu il iyun ayı hələlik isti keçir. Qeydə alınan temperatur uyun ayı üçün xarakterik deyil, amma indiyədək iyun ayı üçün anomal temperatur müşahidə edilməyib". (trend)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)



























