Ekologiya
Yayda ayrı-ayrı günlərdə anomal istilərin olacağı gözlənilir - Baş hidroloq
Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir:
“Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”.
A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb.
Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib: “Son məlumatlar onu göstərir ki, iyul-avqust ayları Azərbaycanda yayın ən isti aylarıdır. Yay aylarında Bakıda ən yüksək temperatur 2015-ci il 4 avqustda 41,2 dərəcə, 2017-ci il 9 avqustda 42,6 dərəcə, 2018-ci il 1 iyulda 42,7 dərəcə isti olmaqla qeydə alınıb”. (trend)
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi







.jpg)







.jpg)















.jpg)



