Ekologiya
Çirkli hava ürək-damar xəstəlikləri RİSKİNİ ARTIRIR
Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. Klivlend Keys Rezerv Universitetinin (Ohayo ştatı, ABŞ) kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini tədqiq ediblər. Bu da insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın “Journal of Clinical Investigation” nəşrində yer alıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, Klivlend Keys Rezerv Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru, layihənin rəhbəri Sancay Racaqopalan deyib: “Nyu-Dehlidə və Pekində ətraf mühitin çirklənməsini imitasiya edən tədqiqatımızda havaya РМ2,5 zərrəciklərini buraxdıq”.
Bu amillər ürək-damar patologiyası olan insanlar üçün xüsusən təhlükəlidir. Onlar xəstəliyin kəskinləşməsinə səbəb olur, infarkt, insult və stenokardiya tutmaları yaradır. Tədqiqatçılar laboratoriya siçanları üzərində təcrübə apararaq onları üç qrupa bölüblər. Birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, üçüncü qrupa həddən artıq yağlı qida verilib. Patologiya çirkli hava ilə nəfəs alan və “yağlı” qidalanan siçanlarda müşahidə edilib. Onlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.
“Bizim tədqiqatımız genomun çirklənmiş havanın təsiri altında dəyişməsini göstərən ilk təcrübədir. Yaxşı yenilik ondan ibarətdir ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır və heyvanın orqanizmi bərpa olunmağa başlayır”, - deyə Sancay Racaqopalan bildirib.
Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında “baza” komponenti hesab edilir.
Məruzədə vurğulanır ki, əlverişsiz ətraf mühit hər şeyin sona çatması demək deyil; belə şəraitdə insanlar maska (N95) taxmalı, habelə evdə, mənzildə kondisionerin filtrini tez-tez dəyişməli, evdə və nəqliyyatda pəncərəni açmamalıdırlar. Artıq çəkisi olan insanlar fiziki təmrinlərə xüsusi diqqət yetirməlidirlər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





