Ekologiya
Hirkan milli parkına giriş pulsuz olacaq - FOTO
Hirkan milli parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda "açıq qapı” günü keçiriləcək, ziyarətçilər giriş haqqından azad olunacaq.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Lənkəran, Astara və Lerik rayonlarının ərazisini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan qədim mənşəli bitki örtüyünə malikdir. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olacaq və Xanbulan gölünə açılan unikal mənzərəni seyr edə biləcəklər.
Qeyd edək ki, Hirkan milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli sərəncamı ilə yaradılıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

