Ekologiya
Azərbaycanda yağış suları bu cür idarə olunacaq
"Azərbaycanda su ehtiyatlarının artırılması ilə bağlı tədbirlər görülür və hazırda 10-a yaxın su anbarının tikilməsi planlaşdırılır. Pirsaatçay, Bolqarçay su anbarları bura daxildir".
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov "Ekspert saatı"nda deyib.

M.Əbdülhəsənov qeyd edib ki, ötən gün aparılan monitorinqin nəticəsinə görə, Qıraqkəsəmən məntəqəsində suyun kəmiyyət göstəricisi 135 kubmetr saniyə olub: "Bu rəqəm bizi qane etmir. Çünki aşağı göstəricidir. Mayın sonuna qədər çaylarda sululuğun artması gözlənilir. Su ilə bağlı məsələ komissiya çərçivəsində müzakirə olunur və ölçmələr Nazirlər Kabinetinə göndərilir".
Şöbə müdiri yağış sularının idarə olunmasından da danışıb. Bildirib ki, hazırda Azərbaycanda bununla bağlı imkanlar yetərincə deyil: "Bu, nazirliyin diqqətindədir. Problem və çətinliklərlə bağlı "Azərsu" ASC ilə də danışıqlar aparırıq. Artıq fəaliyyətlər müəyyən edilib. Bakının yeni hazırlanan baş planında bu məsələ aktuallığı ilə qeyd olunacaq. Qanunvericilikdə ediləcək dəyişikliklə bunu idarə edən yeni qurum yaradılacaq. Yağış suları birbaşa dənizə axıdılmayacaq. Parkların kənarında gələcəkdə istifadə üçün anbarların tikilməsi də ola bilər. Bu isə öz növbəsində təmiz sudan istifadəni azaldacaq”.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
