Ekologiya
Bayram ərəfəsində SÜNİ QİYMƏT ARTIMINA qarşı mübarizə aparılır
Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.
Dövlət Xidmətindən Publika.az-a bildirilib ki, monitorinq zamanı, həmçinin maarifləndirmə işləri də aparılaraq sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.
Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicəkdir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


















.jpg)


















.jpg)
.jpg)
