Ekologiya
Havadakı toz nə vaxt azalacaq?
Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.
22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.
Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
