Ekologiya
Qarabağda yeni Milli Park yaradılacaq
İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır:
"Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra ərazidə yeniliklər nəzərdə tutulub. Hazırda təmizlənmiş ərazilərə baxılır. Eyni zamanda həmin ərazilərin sərhədlərinə baxılır. Çünki xəritələr köhnə sovet dövrünün xəritələridir. Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli Park yoxdur. Gələcəkdə orada Milli Parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib".
A.Səmədova deyib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər: " Amma hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi yoxdur. Kəlbəcərdə xüsusi mühafizə olunan ərazinin yaradılması məsələsinə baxıla bilər. Kəlbəcərdə elə xüsusi bitki növü mövcuddur ki, o növün qorunmasına ehtiyac var. Bu prosesdə alimlərin də fikirləri nəzərə alınacaq". (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
