Ekologiya
"Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu" - FOTOLAR
15 iyun Milli Qurtuluş günü ilə əlaqədar "Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu" devizi altında "Sürəyənlər" velosiped qrupu Bakıdan Abşeron milli parkına yürüş edib.
Publika.az xəbər verir ki, Abşeron milli parkının və "Sürəyənlər" velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda ekoloji turizmi təbliğ etməkdir. Həftə sonunu Abşeron Milli Parkında keçirən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir. Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
