Ekologiya
Havada toz dumanı var
Havada toz dumanı müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən publika.az-a verilən məlumata görə iyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.
Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.
Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

