Ekologiya
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enib. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.
Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olub.
Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağıb.
Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.0 metrə çatıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
