Ekologiya
Şirvan Milli Parkında tapılan yaralı ceyran öldü
Şirvan Milli Parkında ceyranın güllə ilə vurularaq yaralanması haqqında sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a açıqlamasında bildirib ki, avqustun 9-da Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub.
İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.
Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.
A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil:
“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
