Ekologiya
Altıağac Milli Parkında “açıq qapı” günü keçirilir - FOTO
Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən, sıx meşəlik və çəmənliklərlə əhatə olunan Altıağac Milli Parkının bu gün yaranma günüdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu münasibətlə milli parkın ərazisində “açıq qapı” günü keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora, fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Xızı və Siyəzən rayonlarının ərazisində yaradılıb:
“Füsunkar, unikal təbiətə malik olan və yaddaşlarda təbii peyzaj yaradan Altıağac Milli Parkının sıx meşəliklərlə örtülü ərazisində və çəmənliklərində insanı ilk növbədə hüzur gətirən görüntülər, oksigenlə zəngin təmiz hava qarşılayır.
Yüksək dağlıq və meşəlik landşafta malik olan və paytaxta yaxın məsafədə yerləşən milli parkda adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, vaşaq, Avropa cüyürü, qara çalağan, Qafqaz bənövşəsi, itikənarlı süsən, eyni zamanda, Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, Adi göyrüş, İtiyarpaqlı ağcaqayın, çöl donuzu, canavar, yenot, tülkü, dovşan, dələ, qırqovul, qaratoyuq, bildirçin, çöl qartalı və s. kimi flora və fauna növləri yayılıb”.
F.Əliyev qeyd edib ki, Cənubi Qafqazda ilk və yeganə olan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası da milli parkın nəzdində fəaliyyət göstərir. Vəhşi təbiətdə yaralı halda rast gəlinən heyvan növləri bu mərkəzdə reabilitasiya olunaraq təbiətə buraxılır:
“Zəngin biomüxtəlifliyə malik milli parkda müxtəlif yaş kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edir, onlar üçün ayrılmış piknik yerlərində dincəlirlər. İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Altıağac Milli Parkı yolunuzu gözləyir”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


