Ekologiya
Azərbaycanda bu ərazilərdə leysan yağdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir.
Düşən yağışın miqdarı Zaqatalada 24.0 mm, Balakəndə 21.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Şəkidə 15.0 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14.0 mm, Oğuzda 12.0 mm, Ağstafada 11.0 mm, Lənkəranda 10.0 mm, Qəbələ, Göygöldə 8.0 mm, Xaltan, Altıağacda 7.0 mm, Astarada 6.0 mm, Ceyrançöl, Daşkəsəndə 5.0 mm, Şəmkir, Mingəçevir, Göyçayda 3.0 mm, Şabran, Ağdam, Nabranda 2.0 mm, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.
Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)



























