Ekologiya
“Yaşıl Marafon”nun 1 milyonuncu ağacı əkildi
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib.
Publika.az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, müdafiə sənayesi naziri, Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak edib.
Tədbir zamanı 2021-ci il “Yaşıl Marafon”nunun 1 milyonuncu ağacı əkilərək ağacəkmə kampaniyası başa çatdırılıb.
Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində cari ilin yaz və payız mövsümləri zamanı ölkə boyu kütləvi ağacəkmə aksiyaları keçirilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən aksiyalar zamanı iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və s. yerli cinslərdən olmaqla müxtəlif ərazilərin torpaq-iqlim şəraitinə müvafiq qaydada ağaclar əkilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)