Ekologiya
Yağıntılı və küləkli hava bu tarixədək davam edəcək
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən 05-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.
Düşən yağışın miqdarı: Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 mm, Qırızda 7.0 mm, Oğuzda 6.0 mm, Naftalan, Xaltan, Şamaxıda 5.0 mm, Göyçay, Qəbələ, Şəki,Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3.0 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2.0 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.
Dolu: Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.
Külək: Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.
Havanın temperaturu: Avqustun 5-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN

















.jpg)





















