Ekologiya
Dinozavrları məhv edən asteroidin mənşəyi müəyyən edildi
Dinozavrlar barədə tədqiqatlara daha biri əlavə olunub.
Publika.az xəbər verir ki, Almaniyanın Köln Universitetinin əməkdaşlarının dinozavrların məhv olmasına dair tədqiqatları “Science” elmi jurnalında dərc edilib. Alimlər iddia edirlər ki, 66 milyon il əvvəl sözügedən canlıların nəslinin kəsilməsinə səbəb olan asteroid Yupiter planetindən daha uzaqda formalaşıb. Bundan əlavə, tədqiqatçılar indiyədək irəli sürülən Yerlə kometin toqquşması fikrini də rədd ediblər.
Məqalə müəllifləri asteroidin Yerə çırpıldığı Çikşlub kraterində (müasir Meksika ərazisi) apardıqları tədqiqat nəticəsində belə bir qənaətə gəliblər. Ərazidəki rutenium metalının izotoplarını təhlil edən alimlər onun asteroid mənşəli olduğunu bildirirlər. Laboratoriya analizi bu asteroidin S tipinə aid olduğunu, yəni Günəş sisteminin xarici planetlərin yerləşdiyi zonada formalaşdığını sübut edib. Alimlər asteroidin Yupiterdən daha uzaq məsafədən gəldiyini ehtimal edirlər. Səma cisminin formalaşdıqdan sonra bir müddət Mars və Yupiter arasındakı asteroid qurşağında hərəkət etdiyi də ehtimallar arasındadır.
Tədqiqatçıların fikrincə, bu tip araşdırmalar dinozavrların nəslinin kəsilmə səbəbini üzə çıxarmaqla yanaşı, Yer planetini gözləyən oxşar təhlükələri dəyərləndirmək üçün də zəruridir.
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır























.jpg)



.jpg)










