Ekologiya
Qar, şaxta, duman... - Faktiki hava
Faktiki hava açıqlanıb.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 sm olub.
Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olarağ küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
































.jpg)



